Samsung ucuz smartfonu göstərdi

Samsung ucuz smartfonu göstərdi
23:52 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Samsung şirkəti öz saytında yeni iki SİM kart dəstəkləyən Galaxy Grand Neo Plus (GT-I9060I) smartfonu haqda informasiya yerləşdirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni aparat 800x480 piksel təsvir ölçülü 5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, 5 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralarla təchiz edilib. Qurğunun arxa tərəfində quraşdırılmış fotomodul LED işıqlandırıcıya malikdir.
 
Cihaz, həmçinin 1 QB əməli yaddaş, 8 QB-lıq fləş yaddaş, Wi-Fi 802.11 b/g/n, Bluetooth, GPS, 3G HSPA+ simsiz rabitə modulları və FM radioya malikdir. Telefon iki SİM kart, microSD yaddaş kartını dəstəkləyir.
 
Qurğunun ölçüləri 143,7x77,1x9,5 mm, çəkisi 160 qramdır. Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir. Android mobil əməliyyat sisteminin 4.4 KitKat versiyası quraşdırılıb.
Galaxy Grand Neo Plus modelinin qiyməti 190 dollardır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/320586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR