Pelenin yolu növbəti dəfə xəstəxanaya düşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "futbol kral"ı bu dəfə San Pauluda yerləşən Albert Eynşteyn adına klinikada belindən əməliyyat olunub. 74 yaşlı keçmiş futbolçu artıq növbəti həftənin əvvəlində evə buraxılacaq.
Qeyd edək ki, bu ilin mayında həmin klinikada Pele prostat əməliyyatı keçirmişdi. Ötən ilin noyabr ayında isə 2 dəfə adı çəkilən xəstəxanada müalicə almışdı.
Milli.Az