Dərman alanlara şad xəbər (VİDEO)

Dərman alanlara şad xəbər (VİDEO)
01:16 24 Yanvar 2015
235 Ölkə
Ölkə mətbuatı
A- A+

Apteklərdə dərmanlar vahid qiymətlərə satılacaq.

Son vaxtlar əhalini narahat edən məsələlərdən biri və ən vacibi, apteklərdə satılan dərman preparatlarının qiymətlərinin fərqli olmasıdı. Paytaxtın mərkəzində hər hansı bir aptekdən alınan dərmanın qiymətilə, şəhərdən kənarda yerləşən apteklərdə satılan dərmanların qiyməti eynilik təşkil etmir.

Dünya ölkələrinin əksəriyyətində, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir. Bir neçə gün öncə baş nazirin müavini Əli Əhmədov da jurnalistlərə elə bu barədə açıqlama verib. Baş nazirin müavini söyləyib ki, rəsmi Bakı da dərman preparatlarının qiymətlərinin tənzimlənməsi istiqamətində iş aparır.

Əli Əhmədov xüsusi vurğulayıb ki, Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarət ciddi şəkildə artırılmalı, həm də onların qiymətinin suni surətdə artırılmasının qarşısı alınmalıdır.

Dərmanların qiymətinin tənzimlənməsilə bağlı parlament qərar qəbul etsə də, vəziyyət onu göstərir ki, buna hələ də əməl olunmur. Millət vəkili Vahid Əhmədov təklif edir ki, bütün apteklərin dərmanları eyni qiymətə satmalarına nail olunmalı və bunun üçün dövlət nəzarəti də işlək olmalıdır.

"Bunun bir neçə variantı ola bilər. İndi bununla əlaqədar yəqin ki, Azərbaycan höküməti normativ bir sənəd qəbul edəcək. Ümumiyyətlə bunula bağlı Milli Məclisdə təklif etdim ki, dərmanıların qiymətinin yuxarı həddi müəyyən edilsin. Hər dərman, hər preparat üçün. Hər adamın dərman satmaq imkanı olmasın. Ondan aşağı kim istiyirsə sata bilər. İndi Azərbaycan höküməti, Nazirlər Kabineti normativ aktı qəbul edəcək, yəni yuxarı hədd müəyyən edəcək”.

Digər tərəfdən Azərbaycanda dərman preparatları istehsal olunmur. Və ya çox cüzi şəkildə hansısa dərmanlar buraxılır. Əksər preparatlar müxtəlif ölkələrdən gətirilir. Bu zaman təbii ki, sahibkarların da marağı nəzərə alınmalıdır. Əks halda sahibkarlar başqa ölkələrdən Azərbaycana dərman preparatları gətirmək istəməyəcəklər.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=321529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR