“Mister Bin” izləyiciləri sevindirəcək

“Mister Bin” izləyiciləri sevindirəcək
03:26 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Mister Bin" kimi tanınan aktyor Rouen Atkinson pərəstişkarlarını sevindirəcək.

ANS PRESS-in məlumatına görə, dünyaca məşhur komik aktyor Rouen Atkinson yeni ekran əsəri ilə sevənlərinin qarşısına çıxacaq. Ssenarisi gizli saxlanılan filmin çəkilişlərinin başa çatdığı bildirilir.

İngilis komediya aktyoru və yazıçı Rouen Sebastyan daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır.
Rouen Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanıb.

1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olunub. 2007-ci ildə isə "Mister Binin istirahəti" (ing. Mr Bean's Holiday) filmi çəkilib.

Pərəstişkarları onun iştirakı ilə çəkilən yeni ekran əsərini martın 13-də izləyə biləcəklər.

Qeyd edək ki, Rouen Sebastyan Atkinson Böyük Britaniyanın Baş naziri olmuş Toni Bleyerlə eyni zamanda bir məktəbdə təhsil alıb. Blerin 13 yaşı olanda, Atkinsonu 11 yaşında həmin məktəbə köçürüblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=321555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR