İŞİD terror qruplaşmasının sıralarında döyüşən 20-30 minədək silahlı təxminən 50 min kvadrat kilometr əraziyə nəzarət edir. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, müvafiq hesablamalar Pentaqonda aparılıb.
“İŞİD sıralarında döyüşən silahlıların dəqiq sayını müəyyən etmək çətindir, bu rəqəm təxminən 20-30 min civarındadır... Silahlılar təxminən 50 min kvadrat kilometr əraziyə nəzarət edir. Bu rəqəmlər daim dəyişir”, deyə Pentaqon rəsmisi Con Kirbi brifinqdə bildirib.