Seksual serb gözəlinə ağır ittiham

Seksual serb gözəlinə ağır ittiham
04:11 24 Yanvar 2015
298 Şou
Ölkə mətbuatı
A- A+

Ötən ilin noyabr ayında paytaxtımızda qonaq olan məşhur serbiyalı modelyer İvana Sərt haqqında sərt ittiham irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, “Söyləməsəm olmaz” adlı televiziya proqramda iştirak edən məşhur türkiyəli stilist Aysun Kaba serbiyalı modelyer İvana Sərtin yazdığı kitabla bağlı iddia ortaqoyub. Belə ki, stilist İvananın yazdığı “Bizimləsən” (“Bizimlesin”) adlı kitabın bir hissəsinin onun kitabından oğurlandığını söyləyib.

“Bu məsələni gündəmə gətirmədim. Lakin bununla əlaqdədar olaraq mənə zəng edənlər çox oldu. İvana Sərtin kitabının ilk 20 səhifəsi mənimki ilə eynidir. Bəyənilmək də, həzz almaq da gözəldir, amma mənim kitabım çıxandan 2 ay sonra onun kitabı çıxıb” – deyə Aysun Kaba bildirib.

Qeyd edək ki, sözügedən kitabda qadınlara necə geyinmələri kimi tövsiyə xarakterli məlumatlar yazılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=321557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR