Səfərdən qayıdan İstanbul sakini evində silah anbarı aşkarladı

Səfərdən qayıdan İstanbul sakini evində silah anbarı aşkarladı
04:39 24 Yanvar 2015
200 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün İstanbulun Hasköy rayonunda yerləşən evlərin birində çoxlu sayda silah-sursat aşkarlanıb. APA-nın CNN Turk-ə istinadən verdiyi xəbərə görə, bir neçə gün səfərdə olan İstanbul sakini evinə qayıtdıqda həyətindəki kömür qutusunda silah-sursatla dolu bir neçə çanta və kisə aşkarlayıb. Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları torbalarda çoxlu sayda “Kalaşnikov” və “Uzi” avtomatları, “Glock” tapançaları və güllələr aşkarlayıb. Hadisə yerinə baxış keçirən polis əməkdaşları evin damında da analoji silahlarla dolu çantalar aşkarlayıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR