Bakı, 21 iyul, AZƏRTAC
Əfsanəvi braziliyalı futbolçu Pele San-Paulo şəhərindəki xəstəxanadan evə buraxılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 74 yaşlı idmançının onurğa sütununda planlı əməliyyat aparılıb.
Bundan əvvəl Pele prostat vəzindən əməliyyat olunub.
Ötən ilin noyabrında isə Pele böyrəyində və sidik kisəsindəki daşla əlaqədar əməliyyat keçirilməsi üçün xəstəxanaya yerləşdirilmişdi. Bir neçə həftədən sonra braziliyalı futbolçu infeksiya səbəbindən intensiv terapiya şöbəsində müalicə alaraq dekabr ayında evə buraxılmışdı.