Bakıda silah-sursat tapıldı

Bakıda silah-sursat tapıldı
07:21 24 Yanvar 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonunda istifadəyə yararlı silah-sursat tapılıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub.

Mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən aşkarlanmış istifadəyə yararlı olan 2 ədəd F1 əl qumbarası və 2 ədəd qumbara alışdırıcısı aidiyyəti üzrə təhvil verilib.

Mütəxəsislər tərəfindən əraziyə təkrar baxış keçirilmiş və digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.

Əməliyyat saat 21:00-da başa çatıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR