Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin baş qərargahında təqdimatına hazırlıq

08:18 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Xəbər verdiyimiz kimi, yanvarın 27-də Nyu-Yorkda, BMT-nin baş qərargahında “Bakı prosesi” və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçiriləcək.
Tədbirə hazırlıq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə ABŞ-da BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) mətbuat xidmətinin rəhbəri Nihal Saad ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, V.Eyvazzadə Nihal Saadı Bakıda keçiriləcək Forumun beynəlxalq işçi qrupuna BMTSA-nın nümayəndəsi kimi təyin olunmasına görə təbrik edib. O, bu prosesdə BMTSA ilə nazirliyin əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə həm BMT-də, həm də Bakıda keçiriləcək tədbirlərin Forumun proqramı və hazırda dünyada baş verən hadisələr fonunda aktual məsələlərin bu qlobal platformada müzakirəsi ətrafında fikir mübadiləsi aparılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uchuncu_Umumdunya_Medeniyyetlerarasi_Dialoq_Forumunun_BMT_nin_bas_qerargahinda_teqdimatina_hazirliq-827202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR