Kral adsız məzarda: yeni kralın "sirr"ləri - FOTO

Kral adsız məzarda: yeni kralın "sirr"ləri - FOTO
09:47 24 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında 91 yaşında vəfat etmiş kral Abdulla ibn Əbdül Əziz əl Səudun dəfn mərasimi keçirilib.
Kral paytaxt Ər-Riyaddakı qəbiristanlıqlardan birindəki sadə, adsız məzarda dəfn olunub.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, dəfn mərasimində bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər. Onların arasında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, İordaniya kralı 2-ci Abdulla, Küveyt və Qətər əmirləri vardı.
 
Dəfn mərasiminə qatılanlar kral basdırılan kimi Ər-Riyadı tərk edərək İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumuna yollanıblar.
 
Kral Abdulla 2005-ci ildə Səudiyyə Ərəbistanının 6-cı kralı olmuşdu. Amma o, faktiki olaraq ölkəni sələfi kral Fəhdin ümumi insult keçirərək səlahiyyətlərini yerinə yetirə bilməməsindən sonra, 1996-cı ilin fevralından bəri idarə edirdi.
 
18 milyard dollarlıq varidatı olan kral Abdulla ekssentrik davranışı ilə seçilirdi. O, paytaxt Ər-Riyaddakı metropolitenin stansiyalarından birinin inşasını öz hesabına maliyyələşdirmişdi. Bu metro stansiyasının divarları qızıl lövhələrlə bəzənib.
 
Mərhum kral Abdullanın 32 arvadı vardı. Kralın 35 övladından kimsə taxta iddialı sayıla bilməz. Səudiyyə Ərəbistanındakı hakimiyyət ənənəsinə görə, taxt-tac qardaşdan qardaşa keçir.
 
Yeni kral, 79 yaşlı Salman bin Əbdüləziz də xəstə olduğundan onun varisi kiçik qardaşı, 69 yaşlı Mukrin olacaq.
Anası yəmənli olan Salman bin Əbdüləzizin anası yəmənlidir.
 
Uzun müddət kəşfiyyatda işləmiş Salman bin Əbdüləzizin dünya bazarında xam neftin qiymətlərinə təsir imkanları da məhduddur.
Fars Körfəzi ölkələrindəki neft ekspertləri deyirlər: "Bazarda neftin qiymətlərinə təsir edən amillər arasında Səudiyyə Ərəbistanının kralından da mühüm məqamlar var".
 
Milli.Az
 
Böyütmək üçün şəkillərə kilkləyin.






































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR