Fransa və Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması haqqında hökumətlərarası müqavilə Fransa parlamentində ratifikasiya olunub

Fransa və Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması haqqında hökumətlərarası müqavilə Fransa parlamentində ratifikasiya olunub
10:02 24 Yanvar 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 09:42 ]

Bakı-APA. Fransada yanvarın 22-də Fransa və Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyətinin şərtləri haqqında hökumətlərarası müqaviləni ratifikasiya edilib.

Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, müqaviləyə əsasən, hər iki dövlətin mədəniyyət mərkəzləri səfirliklərin tabeliyində fəaliyyət göstərəcək və hüquqi statusa malik olacaqlar.   

 

Milli Assambleyasında qeyd olunan sənədin müzakirəsi zamanı məruzəçilər qismində deputat Tyerri Mariani, deputat, Azərbaycanın Fransadakı dostları Assosiasiyasının sədri Jan Fransua Mansel və Milli Assambleyada Fransa-Azərbaycan Dostluq Qrupunun sədri Mişel Vuazen çıxış ediblər.  

 

Deputatlar çıxışlarında Azərbaycanın mədəniyyəti və tarixi, ölkənin öz müstəqilliyinin qorunması və möhkəmləndirməsi istiqamətində tutduğu kursu, dərin tolerantlıq adətləri, dünyəviliyin və multikulturalizmin üstünlük təşkil etdiyi cəmiyyət, Fransa-Azərbaycan əməkdaşlığının müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyi, Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçi rolu barədə danışaraq qeyd olunan müqavilənin ikitərəfli mədəni əlaqələrin möhkəmləndirilməsində vacib olduğunu vurğulayıblar.      

 

Qeyd edək ki, müqavilənin imzalanmasına dair razılaşma Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu ildə Fransaya rəsmi səfəri zamanı əldə olunub.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR