Azərbaycan MN: Ermənilər iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə atəşkəs rejimini 81 dəfə pozublar

Azərbaycan MN: Ermənilər iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə atəşkəs rejimini 81 dəfə pozublar
10:12 24 Yanvar 2015
130 Sosial
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 10:09 ]


Bakı. Fərid Mirzəyev – APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 81 dəfə pozub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Vazaşen, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 

Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Qaraqaşlı, Şuraabad, Mərzili, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. 
 

Düşmən cavab atəşi ilə susdurulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR