"Real Madrid"dən super transfer

"Real Madrid"dən super transfer
10:41 24 Yanvar 2015
121 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" daha bir futbolçunu heyətinə qatıb.

ANS PRESS-in məlumatına görə, ispan klubu Braziliyanın "Kruzeiro" klubundan Lukas Silvanı transfer etdiyini rəsmi olaraq açıqlayıb.

21 yaşındakı gənc futbolçu son Avropa çempionu ilə 5,5 illik müqaviləyə imza atıb. Lukas üçün klubuna başda "Arsenal" olmaqla bir çox nəhəng klub təklif göndərmişdi.

Ancaq "Real Madrid" və "Kruzeiro" Lukas Silvanın transferi mövzusunda razılığa gəlib. Oyuncu ilə 30 iyun 2020-ci ilə qədər müqavilə imzalanıb.

Sağlamlıq testindən keçdikdən sonra bazar ertəsi günü Santiaqo Bernabeuda rəsmi imzalanma mərasimi keçiriləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=321598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR