İŞİD-in qoyduğu vaxt bitdi

İŞİD-in qoyduğu vaxt bitdi
10:46 24 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu qruplaşması iki Yaponiya vətəndaşın azad edilməsi üçün tələb olunan 200 miliyon dollar ödənməsi üçün qoyduğu müddət başa çatıb.

ANS PRESS-in məlumatına görə, girovların taleyi haqqında hələlik bir məlumat yoxdur. Cümə günü səhər girov götürülənlərdən birinin anası Yaponiya hökumətindən oğlunun azad olunması üçün tələb olunan məbləğin verilməsini istəyib.

İŞİD tərəfindən ötən günlərdə yayımlanan videoda göstərilir ki, onlara 72 saat ərzində 200 miliyon dollar verilməsə, saxlanılanlar öldürüləcək.

Ana bildirib ki, onun oğlunun İslam dininə münasibəti yaxşı olub və həyatını müharibə zonalarındakı uşaqlara həsr edib.

Yaponiyanın xarici işlər naziri Fumio Kişida deyib ki, Yaponya girovların həyatını xilas etmək üçün əlindən gələni edir, amma terrorizmə təslim olmayacaq.

Xatırladaq ki, Yaponya Suriya və İraqda terrorçulara qarşı birbaşa mübarizə aparan koalisiyada iştirak etməyən ölkələr sırasındadır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR