"Barselona"nın keçmiş futbolçusu Juliano Belletti Lionel Messinin tənqid olunmasına münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda katalon klubunun elçisi olan Belletti Messini "zamanənin Pelesi" adlandırıb.

"Messi mənim dövrümün Pelesidir. Argentinada ona qarşı tənqidləri anlaya bilmirəm. Messi kimi bir futbolçunu tənqid etmək olmaz. Ronaldinyo da Braziliyada tənqidlə üzləşirdi".

Milli.Az