Bərdədə məcburi köçkün qətlə yetirildi

Bərdədə məcburi köçkün qətlə yetirildi
10:57 24 Yanvar 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda qətl törədilib
Bərdə Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Xəsili kəndində qeydə alınıb.

Kəlbəcər rayonundan olan məcburi köçkün İnqilab Hüseynov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR