Serenay Sarıkayanı sevindirən hadisə - foto

Serenay Sarıkayanı sevindirən hadisə - foto
11:36 24 Yanvar 2015
207 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktrisa Serenay Sarıkaya İnstaqram səhifəsində izləyicilərinin sayı 1 milyon nəfəri keçincə nə edəcəyini bilməyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa sevincini belə bölüşüb:

“1 milyon, yuppi. Əziz İnstaqram izləyiciləri, məni necə sevindirdiniz. Hər günümü gözəl, həyəcanlı edən sizə təşəkkürümü bildirirəm. Özüm özümə sığmıram, yerimdə dayana bilmirəm. Peşəmi yerinə yetirdiyimə görə hər gün şükür edirəm. Məni bu günə gətirən hər kəsə minnətdaram. Yaxşı və pis anlarımda yanımda olan, məni dəstəkləyən, mənə inanan, mənimlə səbr etməyi bacaran hamıya təşəkkür edirəm. Hər birinizə səmimi qəlbdən sevgilərimi çatdırır, yanaqlarınızdan öpürəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR