Halil Sezainin qorxudan mahnısı (VİDEO)

Halil Sezainin qorxudan mahnısı (VİDEO)
11:36 24 Yanvar 2015
151 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) proqramında qonağına maraqlı sürpriz edib.

ANS PRESS-in məlumatına görə, ötən gecə Türkiyənin özəl telekanallarından birində yayımlanan “Beyaz Show” proqramında aparıcı Bəyaz həmişə olduğu kimi, bu dəfə də ənənəsinə sadiq qalaraq qonaqlarına hazırladıqları sürpriz video-çarxlar təqdim edib.

Proqramın qonaqlarından biri də qeyri-adi geyim tərzi və musiqi üslubu ilə seçilən məşhur müğənni Halil Sezai olub.

Bəyaz müğənninin sevilən mahnısı “İsyan”a məzəli video-çarx hazırlatdırıb. Videoda mahnını eşidən körpələrin, it və pişiklərin qəribə reaksiyaları əks olunub. Görüntülər Halil Sezainin, qonaqların, eləcə də tamaşaçıların xoşuna gəlib və alqışlarla qarşılanıb.

Qeyd edək ki, Bəyazın bir müddət əvvəl proqramında qonaq etdiyi müğənni Candan Erçetinə də etdiyi bu cür zarafat tərəflər arasında incikliyə səbəb olsa da ötən gecəki son buraxılışda barışıblar.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=321593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR