Azercell-in "Facebook" statusu Azərbaycanda ən populyar status olub

16:03 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Mobil rabitədə lider olan "Azercell Telekom" sosial media sahəsində da öncüllüyünü qoruyub saxlayır. ABŞ-ın “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, bu ilin oktyabr ayında ölkə brendləri arasında məhz "Azercell" şirkətinin rəsmi "Facebook" səhifəsindən yayılan status ən populyar status olub.

“Azercell-dən 2 nəfərə 20 AZN hədiyyə!” başlıqlı status 5 minə yaxın nəfər tərəfindən bəyənilib, 2600-dən çox şərh yazılıb, 100-dən çox paylaşımı olub. Ümumilikdə bu post 8 minə yaxın istifadəçini əhatə edib.

“Socialbakers”in statistikası göstərir ki, Facebook-da bütün göstəricilərə görə "Azercell" ölkədəki mobil operatorlar arasında ilk yerdədir. Ümumiyyətlə, "Azercell" Azərbaycanda ən çox "Facebook" təqibçisi olan mobil operatordur. Azercell-in hazırda 395 minə yaxın təqibçisi var və onların 90 faizi yerli istifadəçilərdir. Hər gün "Azercell" səhifəsinə 200 nəfərdən çox yeni təqibçi qoşulur. Səhifənin fanları arasında Türkiyə, Rusiya və digər ölkələrdən istifadəçilər də var. Ümumiyyətlə, ölkə üzrə brendlərin siyahısında isə "Azercell" ikinci yerdə qərarlaşıb.

Azercell Telekom-un rəsmi FB səhifəsi bu şəbəkədə digər göstəricilərinə görə də liderdir. Belə ki, 2014-cü ilin III-cü rübünün nəticələrinin əsasında "Azercell" tərəfindən səhifədə istifadəçilərin verdiyi sualların 99 faizi cavablandırdı.

Azercell Telekom-un sosial şəbəkələrdə aktiv fəaliyyəti beynəlxalq səviyyədə tanınıb.

İndiyədək "Azercell" dəfələrlə Faebook-dakı aktivliyinə görə “Socialbakers” tərəfindən “Socially devoted” sertifikatına layiq görülüb.

Onu da qeyd edək ki, regionda ilk dəfə olaraq məhz "Azercell" öz "Facebook" səhifəsində Onlayn Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abonentlər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar. Səhifədə, həmçinin Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq, müxtəlif əyləncəli müsabiqələrdə iştirak edərək hədiyyələr qazanmaq mümkündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2348042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR