Məhəmməd Əlinin əlcəkləri satışa çıxarılır: ilkin qiymət 1 milyon olacaq

Məhəmməd Əlinin əlcəkləri satışa çıxarılır: ilkin qiymət 1 milyon olacaq
11:52 24 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Əfsanəvi boksçu Məhəmməd Əlinin ilk dəfə çempionluq qazandığı zaman əllərində olan əlcəklər auksiona çıxarılacaq.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, auksion 21 fevral tarixində Nyu-Yorkda, “Heritage Auctions” mərkəzində keçiriləcək. Əlcəklərə qoyulan ilkin qiymət bir milyon dollardır.

Ağır çəkidə çıxış edən Məhəmməd Əli bu əlcəklərlə 25 may 1965-ci ildə Soni Listonla döyüşə çıxmışdı. O vaxt o, özünə hələ müsəlman adı götürməmişdi. Kassius Kley adı ilə çıxış edirdi. Həmin döyüşdə Məhəmməd Əli elə ik raundda Listonu nokauta salmışdı. Keçən ilin avqustunda isə auksionda Məhəmməd Əlinin Co Feyzerlə görüşdə taxdığı əlcəklər satılmışdı. Anonim qalmaq istəyən alıcı əlcəkləri 388 min dollara satmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR