Əməkdar artist bu gün 54 yaşını qeyd edir

Əməkdar artist bu gün 54 yaşını qeyd edir
11:59 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gün əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədovun doğum günüdür. Lent.az-ın məlumatına görə, tanınmış aktyor Məmmədov Sabir Novruz oğlu 1961-ci il yanvar 24-də Qazax rayonunun Poylu kəndində anadan olub. O, 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Daha sonra təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilib. Bu günə qədər bir çox rolları ilə tanınan aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 2005 və 2012-ci illərdə Prezident Mükafatı ilə təltif olunub.

 

 

Qeyd edək ki, bu günə qədər S. Məmmədov "Kamança" (Əbdüləli), "Qaçaq Süleyman" (Murad), "Yağışdan sonra" (Əmin), "Apardı sellər Saranı" (İgid), "Qırmızı qar" (Əsgər) teletamaşalarına və "Babamın babasının babası" (Tapdıq), "Təzə evlənənlər" (Rüstəm) kimi bir çox bədii filmlərdəki rolları ilə tanınıb. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR