Antiplagiat sistemlərinin texnoloji əsasları araşdırılacaq

Antiplagiat sistemlərinin texnoloji əsasları araşdırılacaq
12:56 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda elektron elmin formalaşması istiqamətində yerinə yetirilən araşdırmalar davam etdirilir. 2015-ci il ərzində elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsaslarının araşdırılması nəzərdə tutulur.
 
Bu tədbirlər AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 13 saylı şöbəsinin fəaliyyət planında yer alıb. İTİ-dən bildirilib ki, planı təqdim edən texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi üzrə müxtəlif aktual mövzularda aparılacaq elmi tədqiqat işlərindən söz açıb.
 
Qeyd edib ki, böyük həcmli məlumatlar toplusundan (Big Data) biliklərin aşkarlanması, sosial şəbəkələrin analizi və idarə olunması, dinamik obyektlərin identifikasiyası istiqamətləri üzrə elmi tədqiqat işləri də aparılacaq:
 
“Cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika miqyaslı elmi konfrans və tədbirlərdə iştirakı, “SCOPUS”, “Compendex”, “ACM Digital Library”, “IEEE Xplore”, “DBLP” kimi nüfuzlu elmi bazalarda indeksləşən, respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısında olan jurnallarda elmi məqalələrin nəşri nəzərdə tutulur. Həmçinin 2015-ci ildə Avstraliya və Malayziyanın müvafiq qurumları ilə elmi əlaqələrin qurulması planlaşdırılır”.
 
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34939-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR