Qarabağla bağlı bədbin proqnoz

Qarabağla bağlı bədbin proqnoz
12:56 24 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəqqi gözlənilmir.

ANS PRESS-in məlumatına görə, bunu Trend-ə amerikalı politoloq Pol Qobl 2015-ci ildə münaqişənin həll perspektivlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində heç bir tərəqqi istəmir: "Bu il münaqişənin həllində tərəqqi ilə bağlı nikbin deyiləm. Düşünmürəm ki, Ermənistan bunu istəyir və Moskvanın İrəvanı buna sövq etdiyini görmürəm".

Ekspert hesab edir ki, Kreml yalnız ona Azərbaycandan nə isə lazım olarsa, Ermənistanı hərəkətə sövq edəcək.

P. Qoblun qənaətincə, Rusiya bu yaxınlarda Azərbaycan və Qərb arasında ixtilafa baxmayaraq, Azərbaycandan nə isə ala bilməyəcək.

Politoloq əlavə edib ki, Rusiya ilə həddən artıq yaxınlaşma ölkənin son 20 ildə üzərində işlədiyi hər şeyin üstündən xətt çəkmək anlamına gələ bilərdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR