Bakı, 24 yanvar, AzərTAc
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2014-cü il ərzində ölkə ərazisində mütəmadi reydlər keçirilib.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, ötən il xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanunsuz ov edən şəxslərdən 110 ədəd ov silahı və 548 ədəd patron götürülüb. Həmin şəxslər barəsində akt və protokol tərtib edilərək 99023 manat məbləğində cərimə tətbiq edilib və iddia qaldırılıb.