Gürcüstanın Kvemo Kartli bölgəsinin yeni qubernatoru Marneuliyə səfər edib - FOTO

Gürcüstanın Kvemo Kartli bölgəsinin yeni qubernatoru Marneuliyə səfər edib - FOTO
16:12 26 Dekabr 2014
97 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 16:08 ]

Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Kvemo Kartli bölgəsinin yeni qubernatoru Paata Xizanişvili azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qubernator Marneulidə fəaliyyət göstərən Gənclər Mərkəzinə baş çəkib və gənclərin fəaliyyəti ilə tanış olub.

 

Marneuli Gənclər Mərkəzinin layihə rəhbəri Emin Əhmədov məlumat verib ki, Gənclər Mərkəzinin nəzdində xalça, rəsm və şahmat dərnəkləri, habelə dil kursları fəaliyyət göstərir.

 

Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra qubernator P. Xizanişvili gənclərlə görüşüb. Tədbirdə azərbaycanlı gənclər yeni qubernatora təhsil, gələcək planlar və yeni layihələr haqqında ətraflı məlumat veriblər, yeni təşəbbüslərlə çıxış ediblər.

 

P. Xizanişvili isə regionun inkişafı naminə çalışacağını, gənclərə qiqqət və qayğı göstərəcəyini bildirib.

 

Görüşdə Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyevlə Barışıq və Vətəndaş Bərabərliyi məsələlər üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı iştirak edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR