Bakıda Təcili Tibbi Yardım Stansiyasında yanğın olub, ölən var

Bakıda Təcili Tibbi Yardım Stansiyasında yanğın olub, ölən var
13:03 24 Yanvar 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Qaradağ rayonunun Sahil qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanğın baş verib.Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə 1,5 kvm. sahədə olan əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada daimi yaşayış yeri olmayan, tüfeyli həyat tərzi keçirən Arif Rəhimovun yanmış meyiti tapılıb.

Araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2356740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR