Qanunsuz ov edən şəxslər saxlanıldı

Qanunsuz ov edən şəxslər saxlanıldı
13:14 24 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Saatlı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etdikləri üçün Saatlı şəhər sakini Ülkər Qarayev və Nərimankənd kənd sakini Zahid Novruzov saxlanılıblar.

Ü.Qarayevin “Niva” markalı avtomobilinə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngi, 5 patron, 23 ədəd ovlanmış ördək və digər ləvazimatlar aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR