Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün üçüncü yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Bolqarıstan klubu ilə oyunda sınayacaq.
Belə ki, "Qarabağ"ın rəqibi "Levski" klubu olacaq. Qarşılaşma Bakı vaхtı ilə saat 19.30-da başlayacaq.
Qeyd edək ki, "Levski" 1914-cü ildə yaradılıb. Komanda tariхi ərzində 26 dəfə Bolqarıstan çempionu, 25 dəfə ölkə kubokunun, 3 dəfə Super Kubokunun qalibi olub. Stoyço Stoyevin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.
"Qarabağ" bundan əvvəl Antalyada "RNK Split"ə (Xorvatiya) 1:3 hesabı ilə yenilib, "Sürix"lə (İsveçrə) "sülh" - 1:1. Ağdam klubu yanvarın 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
24 yanvar
19.30 Qarabağ (Azərbaycan) - Levski (Bolqarıstan)
Fanat.az