Həkim: “Nuriyyə Əhmədovanın huşu aydındır, suallara cavab verir”

13:22 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 13:20 ]


Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Nuriyyə Əhmədovanın müalicəsi davam edir.

 

Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsindən APA-ya verilən məlumata görə, xalq artistinin səhhəti normaldır: “Bu gün palataya köçürməyi müzakirə etmirik. Vəziyyəti imkan versə, ola bilər sabah, birigün köçürə bilərik. Vəziyyəti stabildir, huşu aydındır, suallara cavab verir”.

Şöbədən əlavə ediblər ki, baş-beyin müayinəsindən sonra N. Əhmədovada ciddi patalogiya aşkar olunmayıb.

Qeyd edək ki, N. Əhmədova yanvarın 23-də gecə saatlarında hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR