31-i qar yağacaq

31-i qar yağacaq
16:26 26 Dekabr 2014
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur.

ANS PRESS-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Məlumata görə, havanın temperaturunun səhər və gündüz 4-6, axşam 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yanvarın 01-də soyuq, küləkli hava şəraitinin davam edəcəyi, temperaturun gündüz saatlarında 1-3 dərəcə isti olacağı, axşama doğru isə 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. İlkin ehtimala görə Abşeron yarımadasında yağıntının sulu qara keçəcəyi istisna olunmur.

Azərbaycanın rayonlarında dekabrın 31-də günün ikinci yarısında əsasən şimal və şərq rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yanvarın 01-də hava şəraitinin əksər rayonlarda yağıntılı olacağı, bəzi rayonlarda sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=316478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR