Ağcabədidə ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib

14:07 24 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 14:05 ]


Bakı-APA. Yanvarın 24-də Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunaraq ehtiyata keçirilmiş bir qrup hərbi vəzifəli ilə görüş keçirilib.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon ictimaiyyəti və məktəblilər iştirak ediblər.

 

Tədbirdən öncə iştirakçılar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Görüşdə ehtiyata buraxılan hərbi vəzifəlilərin səfərbərlik tapşırığına əsasən üzərlərinə düşən vəzifələr, ehtiyatda xidmət izah olunub, eləcə də onların bundan sonrakı məşğulluğuna dair fikir mübadiləsi aparılıb.

 

Tədbirin sonunda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və hədiyyələr təqdim olunub.

 

Görüşdə 2015-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək bir qrup gənc də iştirak edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR