Ağcabədidə ordu sıralarından tərxis olunmuş gənclərlə görüş

Ağcabədidə ordu sıralarından tərxis olunmuş gənclərlə görüş
14:13 24 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc 
Yanvarın 24-də Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunaraq ehtiyata buraxılmış bir qrup hərbi vəzifəli ilə görüş keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri, rayon ictimaiyyəti və məktəblilər iştirak ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Görüşdə ehtiyata buraxılan hərbi vəzifəlilərin səfərbərlik tapşırığına əsasən üzərilərinə düşən vəzifələr, ehtiyatda xidmət izah olunub, eləcə də onların bundan sonrakı məşğulluğuna dair fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və hədiyyələr təqdim olunub.
Görüşdə 2015-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək bir qrup gənc də iştirak edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_ordu_siralarindan_terxis_olunmus_genclerle_gorus-827246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR