Azərbaycanda dövlət qulluqçularının attestasiyası qaydalarında dəyişikliklər edilir

Azərbaycanda dövlət qulluqçularının attestasiyası qaydalarında dəyişikliklər edilir
16:33 26 Dekabr 2014
66 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

Bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi qadağan olunur.

Trend xəbər verir ki, bununla bağlı Milli Məclisdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi nəzərdə tutulur.

Milli Məclisdən bildiriblər ki, qanunun 31.6-cı maddəsinə edilən dəyişikliyə görə, bundan sonra attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan suallar verilə bilməz.

Qanunun 31.5-ci maddəsinə də dəyişiklik ediləcək. Bu maddənin yenilənmiş varinatına görə, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

“Dövlət qulluğu haqqında” qanunun 31.16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə görə isə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq.

Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə bildirilir ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR