Gürcüstanın baş naziri: “Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiyanın bir-birinə bağlayacaq”

15:07 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 15:03 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cənubi Qafqaz regionuna Çindən Avropaya məhsul nəql etmək üçün cəld və etibarlı kanallar lazımdır.

 

APA-Economics”in “Regnum” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunda ölkəsinin Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi layihələr barəsində danışarkən bildirib.

 

Onun sözlərinə görə, belə bir kanallardan biri də hazırda tikintisi aparılan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsidir. O bildirib ki, bu dəmiryolu  Gürcüstanla Türkiyə arasında birbaşa marşrutu təmin edəcək və Avropa ilə Asiyanın bir-birinə bağlayacaq.

 

Gürcüstanın baş naziri bildirib ki, layihə həyata keçirildikdən sonra Çindən Avropa bazarlarına məhsul nəqlinin vaxtı azalacaq. Bu məsafə isə təqribən 7 500 kilometrə qədər qısalacaq. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR