Sex külə döndü

Sex külə döndü
15:12 24 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Şəkidə yanğın baş verib. Hadisə gecə saat 3:00 radələrində Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən dülgər sexində qeydə alınıb. "Kanal S" (Region TV) xəbər verir ki, hadisə yerinə dərhal Şəki DYMH-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Şəki şəhər sakini Məmmədkərim Əzizova məxsus ümumi sahəsi 301 kv/m sexin, 288 kvm-i tamamilə yanıb. Sexin içərisində olan dəzgah və taxta materiallar yanaraq yararsız hala düşüb.
Xəsarət alan olmayıb. Sex sahibinə külli miqdarda ziyan dəyib.
Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR