Kişiləri belə qadınları sevmir (FOTO)

Kişiləri belə qadınları sevmir (FOTO)
16:46 26 Dekabr 2014
256 Digər
Ölkə mətbuatı
A- A+

Gözəl qadın - kişilər onların qarşısında acizdirlər. Amma səhv hərəkətlə sizin gözəlliyinizin heyranı olan kişilər bir anda uzaqlaşa bilər. ANS PRESS kişilərin qadınlarda sevmədiyi 5 özəlliyi təqdim edir:

Rəhbərlər
Güçlü, qərarlı və gözü özündən başqa heç kimi görməyən qadınlar kişilərin gözlərini qorxudur. Rəhbər qadınlar bunu üçün münasibət qurmaqda bir az şansız hesab edilə bilərlər.

Qərarsızlar
Çox iddialı olduğu kimi, heç bir sahədə öz fikri olmayan, qərar verməkdə çətinlik çəkən qadınlar da kişilərin çox üstünlük vermədikləri insanlar sırasındadır. Qərar vermək üçün daima başqasına müraciət edənlər qarşısındakını da çətin vəziyyətə sala bilər.

Çox dostcanlı
Həyat yoldaşlarının bir-biri ilə dost olması çox yaxşı haldır. Birlikdə rahat hərəkət olmaq gözəldir. Amma evdə futbol izləyən, kişi kimi hərəkət edən qadınlar bir müddət sonra cazibəsini itirir.

Şahzadələr
Heç bir işi təkbaşına görə bilməyənlər, ovucda saxlanmağı xoşlayan "şahzadələr" ilk görüşdə caibədar görünə bilərlər. Amma iş ciddi münasibət və evliliyə gələndə barmağını belə tərpətməyən qadın heç kimin diqqətini cəlb etmir.

Beyin yoranlar
Qadınlar yeni münasibətə başladıqları şəxsləri test etməyə meyilli olurlar. Bu isə kişilərin sıxılmasına səbəb olur. Münasibətin ilk dəqiqələrindən başlayan evlilik söhbəti cütlük bir birini tam tanımadan kişilərin bezərək qaçmasına səbəb ola bilər.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR