Cənub-Şərqi Asiyada vahid saat qurşağı yaradıla bilər

Cənub-Şərqi Asiyada vahid saat qurşağı yaradıla bilər
15:49 24 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

Region dövlətlərinin daha dərin inteqrasiyası məqsədi ilə Cənub-Şərqi Asiya ölkələrində vahid saat qurşağı tətbiq edilə bilər. Belə bir təşəbbüslə Malayziya Baş nazirinin administrasiya naziri Əbdül Vahid Omar Davosda keçirilən iqtisadi forumda çıxış edib.

AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Əbdül Vahid Omarın sözlərinə görə, Cənub-Şərqi Asiya ölkələri (ASEAN) müxtəlif saat qurşaqlarında yerləşdiyindən onların arasında bəzi istiqamətlərdə əməkdaşlıq çətinləşir. Məsələn, Myanma ilə İndoneziyanın şərq hissəsi arasında saat fərqi 2 saat 30 dəqiqə təşkil edir.

Qeyd edək ki, ASEAN-a Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin daxildir. Ümumi sahəsi təxminən 4,5 milyon kvadratkilometr olan ASEAN ölkələrində 625 milyon nəfərdən çox əhali yaşayır.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR