Bilik Fondunda “Nadir Şah” tamaşasının yaradıcı heyəti ilə görüş keçirilib

16:02 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 15:58 ]


Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Fikir şənbəsi” Klubunun növbəti qonağı “Nadir şah” tamaşasının yaradıcı qrupu olub.

 

Fondun informasiya təminatı sektorundan APA-ya verilən məlumata görə, görüşdə tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, baş rolun ifaçısı, xalq artisti Ramiz Novruz, teatrın inzibatçısı Elnur Məmmədov, gənc aktyorlar Könül Cəfərzadə və Amid Qasımov, jurnalistlər, Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

Fondun icraçı direktoru Oktay Səmədov teatrın insanların mənəvi zənginləşməsində, gənc nəslin dünyagörüşünün inkişafında danılmaz rolu olduğunu bildirib. O.Səmədovun sözlərinə görə, gənclərin teatra üz tutması onların mədəni səviyyələrinin yüksəlməsinə, sağlam ideya istiqamətində irəliləməsinə təkan verir.

Teatrı yarandığı vaxtdan xalqın ictimai şüurunun inkişafına güclü təsir edən amil kimi dəyərləndirən xalq artisti Ramiz Novruz son dövrlərdə tamaşaçıların teatra yenidən üz tutmasının sevindirici olduğunu vurğulayıb.

“Nadir şah” tamaşasının səhnələşdirilməsində modern üslubdan yararlandığını bildirən quruluşçu rejissor Gümrah Ömər tamaşaya baxan iştirakçıların suallarını cavablandırıb. 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR