İranda əkizlər festivalı keçirilib

16:03 24 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+


Tehran, 24 yanvar, AzərTAc
İran İslam İnqilabının növbəti ildönümü ərəfəsində ölkənin müxtəlif şəhər və vilayətlərində mədəni tədbirlər təşkil edilir.
Belə tədbirlərdən biri yanvarın 24-də İranın Ərdəbil şəhərində keçirilən əkizlər festivalı olub.
Festivalda İranın müxtəlif şəhər və vilayətlərindən əkizlər və üçəmlər iştirak ediblər. Daha çox bənzər əkizlərə mükafatlar verilib. Onlar, həmçinin inqilabın ildönümü ilə bağlı Tehranda keçiriləcək mədəni tədbirdə iştirak etmək imkanı qazanıblar.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iranda_ekizler_festivali_kechirilib-827285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR