Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunan yeni əməkdaşlar and içiblər

Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunan yeni əməkdaşlar and içiblər
16:13 24 İyul 2015
798 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 24 iyul, AZƏRTAC
Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qulluğa yeni qəbul olunan gənc əməkdaşların andiçmə mərasimi olub.
AZƏRTAC xəbər verir, mərasimdə gənc əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, miqrasiya qulluqçusunun şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov xidmətə yeni başlayan əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb. Xidmət rəisi qurumun fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər və perspektiv planlar haqda danışıb, gənc əməkdaşların qarşısında duran vəzifələrdən söhbət açıb. Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidmətində yüksək səviyyəli iş şəraitinin yaradıldığını, xidmət aparılması üçün müasir və şəffaf sistemin formalaşdırıldığını, yaradılan imkanların müqabilində əməkdaşlardan səmərəli fəaliyyət tələb olunduğunu deyib, miqrasiya orqanları əməkdaşlarının üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib. O qeyd edib ki, xidmətdə şəffaflıq, operativlik, nəzakətlilik və məsuliyyət prinsipləri əsas prioritetdir.
Sonra xidmətin gənc əməkdaşları Dövlət Bayrağı Muzeyindəki eksponatlarla tanış olublar.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikanın miqrasiya orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin test mərhələsində 277, müsahibə mərhələsində 75 nəfər iştirak edib, 12 nəfər işə qəbul olunub. Müsahibə mərhələsində xarici dil bilən və kompyuterdə işləmək bacarığı yüksək olanlara üstünlük verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Miqrasiya_Xidmetine_ise_qebul_olunan_yeni_emekdaslar_and_ichibler-873049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR