Mətbuat Şurasında türkiyəli media nümayəndələri ilə görüş keçirilib

16:47 26 Dekabr 2014
74 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 16:42 ]

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasında Azərbaycanda səfərdə olan Türkiyənin GAP Qəzetəcilər Birliyinin təmsilçiləri ilə görüş keçirilib.
 

Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda yaradılmış Mətbuat Şurasının təcrübəsi bir çox qonşu ölkələrdə tətbiq edilir.

 

Türkiyə və Azərbaycanın media qurumları arasındakı əlaqələrdən danışan MŞ sədri münasibətlərin daha da dərinləşməsini zəruriləşdirən səbəblər üzərində də dayanıb.

 

GAP Qəzetəcilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, birliyin üzvləri Hatim Özpolat, Fəxrəddin Çelik, Mustafa Saim Ayhan və başqaları Türkiyə və Azərbaycan mediası arasında mövcud təmaslardakı konkret xüsusiyyətlərdən söz açıblar. Onlar da münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini əsaslandırıblar. Onlar həmçinin qondarma «erməni soyqırımı» iddiasının 100 illiyinin yaxınlaşdığı zaman kəsiyində erməni diaspor və lobbi təşkilatlarının təbliğatına qarşı məqsədyönlü əks təbliğatın aparılması üçün birgə fəaliyyətin koordinasiya edilməsinin zəruriliyini vurğulayıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR