“Açıq kitab” gənclərin onlayn mütaliəyə marağını artırır

“Açıq kitab” gənclərin onlayn mütaliəyə marağını artırır
16:33 24 İyul 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə müxtəlif məzmunlu və formatlı kitablarla yanaşı, öz yeni nəşrlərinin də onlayn versiyasını oxucularına təqdim edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, onlayn mütaliəçilər bu nəşrləri kitabxanalara və kitab mağazalarına yollanmadan, öz evlərində, yolda və səfər zamanı oxuya bilərlər. Bunun üçün heç bir xüsusi qeydiyyata ehtiyac yoxdur. Bu asan mütaliə xidmətindən yararlanmaq üçün www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edək ki, bu kitabxana vasitəsilə yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatlar, lüğətlər, tədris və dərs vəsaitləri, müasir və klassik bədii ədəbiyyat nümunələri ilə yanaşı, mütəmadi olaraq “Xəzər” dünya ədəbiyyatı jurnalının, “Aydın yol” ədəbi-ictimai qəzetinin onlayn versiyalarını da izləmək, həmçinin bir sıra dünya kitabxanalarına daxil olmaq mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Achiq_kitab_genclerin_onlayn_mutalieye_maragini_artirir-873062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR