Yəmənin paytaxtı Sənada husi üsyançılara qarşı nümayişlər keçirilir

Yəmənin paytaxtı Sənada husi üsyançılara qarşı nümayişlər keçirilir
16:43 24 Yanvar 2015
160 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Yəmənin paytaxtı Səna şəhərinin əhalisi “Ənsar Allah” hərəkatının tərəfdarlarına (husilər) qarşı nümayişlərə başlayıb.
AzərTAc Al Arabiya telekanalına istinadla xəbər verir ki, Ət-Təqyir meydanında başlayan nümayiş hökumət başçısının iqamətgahı olan respublika sarayında başa çatmalı idi. Lakin nümayişin təşkilatçısı - yeni yaranmış “Rafd” hərəkatı aksiyanın son nöqtəsinin husilər tərəfindən zəbt edilmiş prezident sarayı olduğunu elan edib.
Etiraz edənlərin qarşısını kəsməyə çalışan husilərlə nümayişçilər arasında toqquşmalar qeydə alınıb. Nəticədə dörd nəfərin xəsarət aldığı bildirilir.
Şiə üsyançılar 2014-cü il avqustun ortalarından yanacağın qiymətinin qalxması bəhanəsi ilə etiraz aksiyalarına başlayaraq “rüşvətxor kabinetin” istefa verməsini tələb edirdilər. Sonradan etirazlar silahlı toqquşmalarla müşayiət olunmuş və nəticədə prezident sarayı da daxil olmaqla paytaxt Səna şəhəri üsyançıların əlinə keçmişdi.
Bundan sonra paytaxt Sənada demək olar ki, nəzarətə yiyələnmiş qiyamçıların tələblərini yerinə yetirərək ölkə konstitusiyasına dəyişiklik etmək barədə qərar verən Yəmən prezidenti Əbd Rabbu Mənsur Hadi bir gün sonra parlamentə istefa ərizəsi ilə müraciət etsə də, parlament onun istefasını qəbul etməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemenin_paytaxti_Senada_husi_usyanchilara_qarsi_numayisler_kechirilir-827295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR