Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" növbəti yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, Manisa təmsilçisi Ayaz Mehdiyevin ilk dövrədə çıхış etdiyi "Giresunspor"la qarşılaşıb.
Oyun Giresun klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç start heyətində yer alıb və 61-ci dəqiqədə Şaban Yılmaz tərəfindən əvəzlənib.
Fanat.az