Bakı, 24 yanvar, AzərTAc
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Balakən rayonunun Gərəkli kənd sakinləri Şamil Umarov 1 kiloqram 232 qram, Arif Dibirov, Elçin Cınıxov, Sarıbulaq kənd sakinləri Kamandar Baratov və Musa Dibirov 971,32 qram marixuananı satarkən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
A.Dibirovun evinə baxış zamanı əlavə olaraq 15,18 qram marixuana da aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.