Türkiyə “Haber-İş” Həmkarlar İttifaqının nümayəndə heyəti AHİK-də olub (FOTO)

Türkiyə “Haber-İş” Həmkarlar İttifaqının nümayəndə heyəti AHİK-də olub (FOTO)
16:58 26 Dekabr 2014
75 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycanda səfərdə olan Türkiyə “Haber-İş” Həmkarlar ittifaqının nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olmuşdur.

Trend-in məlumatına görə, konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev qonaqları salamlayaraq ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasındakı əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etmiş, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında mütəmadi olaraq keçirilən görüşlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışmışdır. Qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti, 180-dən artıq beynəlxalq həmkarlar ittifaqı mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri haqqında məlumat verən AHİK sədri daha sonra Azərbaycanda gedən geniş abadlıq-quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafından, səhiyyə, idman və digər sosial obyektlərin tikintisinin geniş vüsətlə davam etdirilməsindən, yeni iş yerlərinin açılmasından və s. söhbət açmışdır.

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin sürətlə inkişaf etməsindən bəhs edən S.Mehbalıyev ölkəmizin qardaş Türkiyədə irimiqyaslı sərmayələr qoymasından, geniş həcmli yeni layihələrə imza atmasından danışaraq bildirmişdir ki, Türkiyədə çoxlu sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir, tanınmış iş adamları öz fəaliyyətlərini genişləndirir, yeni-yeni sahələrdə iri layihələr həyata keçirirlər. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətləri də öz fəaliyyətlərini daha da genişləndirir, ölkəmizə maraq göstərən türkiyəli iş adamlarının sayı durmadan artır.

AHİK sədri bildirmişdir ki, İki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrdəki inkişafı Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının sıx əməkdaşlıq və işgüzar əlaqələrinin möhkəmlənməsini şərtləndirir və qarşımızda duran ümdə vəzifələrdən biri də bu əlaqələrin daha da möhkəmlənməsini təmin etməkdir.
Türkiyə “Haber-İş” Həmkarlar İttifaqı nümayəndə heyətinin rəhbəri Mücayit Özdəmir ölkəmizə səfərləri zamanı nümayəndə heyətinin üzvlərinə göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə AHİK sədrinə öz təşəkkürünü bildirmiş, bu cür görüşlərin hər iki qardaş ölkənin həmkarlar ittifaqları arasındakı sıx əlaqələrin bundan sonra da davamlı inkişafına təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR