"Audi"lər zay çıxdı

"Audi"lər zay çıxdı
17:36 24 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" AG lüks dizaynlı 80 min "Audi" avtomobilini satış şəbəkəsindən geri çağırıb. Buna səbəb yanacağın ötürülməsi sistemində nasazlığın qeydə alınmasıdır.

ANS PRESS-in Çinin "Sinxua" agentliyinə istinadla xəbər verir ki, şirkət geri çağırılan avtomobillərin 35 mininin Çinə göndərildiyini bildirib. Ümumiyyətlə, Çin dünyada "Audi"nin ən böyük alıcısıdır.

Müştərilərə göndərilmiş emaillərdə deyilir ki, 2011-2012-ci ilin aprel ayları arasında buraxılmış avtomobillərdə nadir hallarda olsa da, salonda benzin qoxusu hiss olunur.

Xatırladaq ki, Çinin "Volkswagen" ilə birgə müəssisəsi olan "China FAW-Volkswagen Automotive Co Ltd Audi" A4, A5, A6, A7 və Q7 modellərindən olan avtomobilləri martın 20-də geri çağıracaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR