Gürcüstanın Baş naziri Davosda Türkiyə və Azərbaycan ilə birgə layihələrin əhəmiyyətindən danışıb

Gürcüstanın Baş naziri Davosda Türkiyə və Azərbaycan ilə birgə layihələrin əhəmiyyətindən danışıb
18:13 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda Türkiyə və Azərbaycan ilə birgə layihələrin əhəmiyyətindən danışıb.
AzərTAc Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, İrakli Qaribaşvili Davos İqtisadi Forumu çərçivəsində “Avropanın sərhədyanı iqtisadi regionları” mövzusunda diskussiyada iştirak edib. Baş nazir diqqəti Gürcüstanın Azərbaycan və Türkiyə ilə həyata keçirdiyi birgə layihələrə cəlb edib.
O, Cənubi Qafqaz regionundan danışarkən vurğulayıb ki, Çindən Avropaya mal daşımaq üçün regiona sürətli və etibarlı kanallar lazımdır. İrakli Qaribaşvili tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolunu belə kanallardan biri adlandırıb. Gürcüstan ilə Türkiyə arasında birbaşa marşrutu təmin edəcək bu dəmir yolu Avropa və Asiya ölkələrini birləşdirəcək. Layihə həyata keçəndən sonra Çindən yüklərin Avropa bazarlarına daşınma müddətini azalacaq, məsafə isə təqribən 7500 kilometr qısalacaq.
İ.Qaribaşvili “Şahdəniz” layihəsinin ikinci fazasının həyata keçirilməsinin əhəmiyyətini də vurğulayıb.
Gürcüstanın Baş naziri diskussiya iştirakçılarını onun təşəbbüsü ilə Tbilisidə keçiriləcək İpək Yolu Forumuna dəvət edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanin_Bas_naziri_Davosda_Turkiye_ve_Azerbaycan_ile_birge_layihelerin_ehemiyyetinden_danisib-827318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR