“Nar Mobile” daha bir təhsil layihəsinə dəstək olub

17:07 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 17:06 ]

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) ölkədə təhsilin təşviqinə yönələn layihələrə dəstək strategiyasına uyğun olaraq, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron təhsil” müsabiqəsinə dəstək olub. Bunu “APA-Economics”ə “Azərfon” şirkətindən bildiriblər.

 

Belə ki, “Nar Mobile” mobil operatoru öz ənənəsinə sadiq qalaraq 8 sentyabr 2014-cü il tarixdə start götürən “V Elektron” təhsil müsabiqəsinin telekommunikasiya tərəfdaşı kimi çıxış edərək, Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqələrdən birinə dəstək olub. Qeyd etmək lazımdır ki, bu il keçirilən Elektron təhsil müsabiqəsi “Təhsildə İnternet texnologiyaları", “Müasir məktəbdə elektron tədris resursları” və “Milli elektron tədris resurslarının yaradılması” istiqamətləri üzrə keçirilib.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni tanıtmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

 

26 dekabr 2014-cü il tarixdə layihənin başa çatması ilə əlaqədar təşkil edilmiş mərasimdə müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları və sponsorların təqdim etdiyi dəyərli hədiyyələr təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR